Prezident: Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq
14 Fevral 2024 19:22 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib.
Dövlətimizin başçısı qeyd edib ki, ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31