Prezident: Şəhid ailələrinin və müharibə əlillərinin evlərlə 100 faiz təmin edilməsi prosesi sürətlə gedir
14 Fevral 2024 18:44 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib.
"Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək", - deyə dövlətimizin başçısı əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31