Brüssel platformasının tabutuna sonuncu mıxı vurmaq lazım gələcək - Tofiq Abbasov - ÖZƏL
14 Fevral 18:34 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Aİ-nin proseslərdəki rolu son dərəcə natamam, qərəzli və qeyri-obyektivdir".
Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Çünki, biz görürük ki, Aİ Ermənistana tərəfdarlıq edir, Ermənistan törətdiyi təxribatlara bəraət qazandırmağa çalışırlar. Bunu bir daha Ararat Mirzoyanın Brüsseldə Cozef Borellə görüşü əsnasında görürük. Cozef Borel yetkin bir siyasətçi kimi yox, püxtələşməyə ehtiyacı olan bir tərəf kimi çıxış etdi. Hətta, söhbət əsnasında o öz qonağına ayaq vermək niyyəti ilə "deyəsən sizin problemləriniz var" kimi qeyri-professional bir replika ilə başlayır ki, artıq Azərbaycanın ünvanına təhdid, tənqid və ittihamlar yağdırsın. Əlbəttə, bu proseslərdə heç bir konstruktiv məna, nəticə yoxdur, ola da bilməz. Baş verən hadisələri, realistik faktları düzgün qiymətləndirmək lazımdır. Necə olur ki, Ermənistan burada təxribat törədir, bizim sərhəddimizi pozur, snayperləri güllə atır, Azərbaycanın sərhədçisi boynundan yara alır, onlar isə Azərbaycanı bir qara obrazda görməyə çalışırlar? Əlbəttə ki, bu həm riyakarlığın, həm yalançılığın həm də saxtakarlığın. Ona görə də Aİ bu anlaşılmaz münasibətini dəyişməsə, Brüssel platformasının tabutuna sonuncu mıxı vurmaq lazım gələcək. Çünki, Azərbaycan bunlara güzəşt etdikcə elə bilirlər ki, Azərbaycanın zəifliyi var. Elə deyil, natamamlıq və anlaşılmazlıq Ermənistandadır. Ermənistana da sülh məsələsində mane olan məhz elə Aİ-dir. Bunların heç birinin Ermənistan xalqına zərrə qədər də bir xeyri dəyməyəcək. Əksinə, Ermənistanın bədbəxtçiliyi üzərindən çalışırlar ki, uğur formalaşdırsınlar. Bu çox lazımsız və mənfur bir yanaşmadır. Ermənistan özü də çalışır ki, daim dilənsin. Bunlar özləri çox xəstə münasibətlərdir. Çünki, bunlar sağlam tərəfə qarşı çox saxtakar münasibətlə yanaşırlar, digər tərəfdən məsələlərin hamısını baş-ayaq formada təsvir etməyə çalışırlar ki, dünya birliyini Azərbaycanın guya səhv yolda olduğuna inandırsınlar. Bu keçərli variant deyil. Azərbaycan heç vaxt heçkəsin varına göz dikməyib. Ona görə də onlar Ermənistanın etdiyi cinayətləri ört-basdır etmək istəyirlər ki, guya Azərbaycan bölgədə mənfi rol oynayır. Odur ki, bu gedişlərin heç birinin Aİ üçün, ümumiyyətlə, Qərb cərgəso üçün heç bir pozitiv perspektivi yoxdur. Azərbaycan düz yoldadır, biz növbəti dövrə qədəm qoyuruq. 20 ilin uğurları da, ərazilərimiz bərpası da bir daha göstərdi ki, biz yolumuzdan dönməyəcəyik. Düz yolda olan da yolundan dönməli deyil".