Təxribatın görüntülərinin olması İrəvanın bütün planlarını pozdu - Elmir Səftərov - ÖZƏL
14 Fevral 17:36 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan-Ermənistan şərti sərhədindəki sükut Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşü öncəsi pozulması diqqətçəkən məqamlardandır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov qeyd edib:
"Belə ki, təxribat elə bir vaxta təyin edilmişdi ki, Ermənistan XİN rəhbəri görüşə portfelində Azərbaycan əleyhinə iddihamlarla gedərək, növbəti dəfə ölkəmizə qarşı beynəlxalq təzyiq mexanizmini formalaşdırmağa çalışdı.
Həmçinin Ararat Mirzoyan görüşdə Ermənistanın davamlı sülhün dəstəklənməsinə tam sadiqliyini bəyan etməklə Azərbaycanı günahlandırmaq və İrəvanı sülhpərvər göstərmək üçün əlverişli zaman planlaması əldə etsə də, təxribatın görüntülərinin olması İrəvanın bütün planlarını pozdu.
Ermənistanın törətdiyi təxribatın arxasında Qərb dairələrinin də izi görünür. Avropa İttifaqı xüsusi xidmət oraqlarından və hazırlıqlı şəxslərdən ibarət missiyasını şərti sərhədin Ermənistan hissəsində yerləşdirməklə bütün prosesləri tənzimləyir və İrəvana müxtəlif formalarda yardım edir. Bunu Avropa İttifaqının uzun müddətdir müdafiə etdiyi qüvvələrin sınaqdan keçirilməsi üçün atılan addımların bir hissəsi kimi dəyərləndirmək olar. Bundan əlavə, Aİ Ermənistandakı missiyasının şəxsi heyətinin sayını artırır və fəaliyyətlərini daha da genişləndirir.
Burada Avropa İttifaqının Ermənistanla müxtəlif məqsədləri olsa da, sərhəddəki əməkdaşlıq Azərbaycana qarşı həyata keçirilir və Cənubi Qafqaza nüfuz etmək və orada möhkəmlənmək planının bir hissəsidir. Belə ki, Türkiyə və İranla sərhədi Ermənistan silahlı qüvvələri ilə əməkdaşlıq edərək Rusiya hərbçiləri tərəfindən qorunur. Gürcüstanla sərhəd Ermənistan sərhədçiləri, Azərbaycan şərti sərhəd isə Ermənistan sərhədçiləri və polisi tərəfindən mühafizə olunur. Aİ-nin missiyası da Azərbaycanla Ermənistanın şərti sərhədində yerləşdirilib ki, bu da dediklərimizin əyani sübutudur".