Azərbaycan tərəfi heç vaxt atəşkəsi pozmur-Əli Mustafa- ÖZƏL
14 Fevral 2024 17:12 Siyasət"Ermənilərin son törətdiyi təxribat öz başlarında çatladı. Bir neçə aya yaxın idi ki, sərhəddə atəşkəs idi. Bu bir daha onu göstərir ki, Azərbaycan tərəfi heç vaxt atəşkəsi pozmur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib;
"Əgər atəşkəs pozulursa, bunu bir qayda olaraq qarşı tərəf edir. Arqumentlər müxtəlif ola bilər. Burda Avropa İttifaqının da, Rusiyanın da rolu ola bilər və ya erməni faşizminin ənənəvi xəstəliyi-Azərbaycanlılardan qisas almaq istəyi buna səbəb ola bilər. Çünki, həmin o qurum Qarabağda uzun illər Azərbaycana qarşı vuruşan qurumdur. Bütün hallarda Azərbaycan tərəfi doğru addım atdı. Ola bilsin ki, bu bir nəbz yoxlaması idi. Çünki, xeyli vaxt idi, belə söhbətlər var idi ki, ermənilər əlverişli şəraitdən istifadə edib, Zəngəzurda ordumuzun nəzarətində olan yüksəklikləri geri qaytarmaq istəyirlər. Bəlkə də, yoxlamaq istədilər ki, görsünlər Azərbaycan tərəfinin reaksiyası nə olar. Azərbaycan tərəfinin reaksiyası çox doğru və uğurlu idi. Zaman baxımından da uğurlu idi, anında cavab verildi. Bu addım ona görə atıldı ki, erməni tərəfi anlasın ki, təxribata qarşı cəzadır.
Avropanın, Qərb ölkərinin reaksiyası təəssüf hissi doğrurur. Azərbaycana güllə atılanda, azərbaycanlı öləndə onların səsi çıxmır. Azərbaycanlı cavab verib erməniləri yerində oturdanda ağız-ağıza verib xristian həmrəyliyinin qərəzli mövqeyini ortaya qoyurlar. Olsun, hər halda gerçəklik ondan ibarətdir ki, erməni tərəfi təxbirat edərək atəşkəsi pozub, Azərbaycan da cavab verib".