Yeni tərkib formalaşanadək hökumət səlahiyyətlərini icra edəcək
14 Fevral 2024 15:19 SiyasətAzərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31