İlham Əliyev və Mehriban Əliyeva Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
14 Fevral 2024 13:38 SiyasətFevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin məzarı önünə gül dəstələri qoydular.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31