Atəşkəsi və hərbi əmri pozan erməni hərbçilərini biz özümüz cəzalandıracağıq- ÖZƏL

Fevralın 12-də sərhəddə baş verən son hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin yaydığı açıqlamanın icrasına ehtiyac qalmadı. "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Şanlı Azərbaycan sərhədçiləri Ermənistan tərəfindən atəşkəsi pozan şəxsləri özləri cəzalandırdılar, həm də artıqlaması ilə: "Bundan sonra elə belə də davam edəcək. Qoy Avropa müşahidəçi dəstəsi öz missiyasını yerinə yetirsin. Amma atəşkəsi və hərbi əmri pozanları biz özümüz cəzalandıracağıq, erməni tərəfində olsa belə".
Qeyd edək ki, Sərhəddə baş verən son hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin yaydığı bəyanatda bildirilirdi: "Yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və ya qərar qəbul etməyə borclu olduğu hallar aydın şəkildə müəyyən edilir. İlkin məlumata görə, fevralın 12-də bu ərazidə belə bir vəziyyət olmayıb. Bu hal təsdiq olunarsa, əmri pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31