İlham Əliyev zəmanəmizin ən parlaq liderlərindəndir- ÖZƏL

"Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Təkcə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyalarının praktiki nəticələrini nəzərdən keçirəndə tarixən zəngin dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının nə qədər doğru seçim etdiyi bir daha təsdiqlənir. Xalqdan aldığı bu mütləq dəstəyə görə cənab İlham Əliyev zəmanəmizin ən parlaq liderlərindəndir. Məhz xalqın maraqlarını ifadə etdiyinə görə Azərbaycanın dövlət rəhbərinin bütün məsələlərlə bağlı konkret mövqeyi var və onu mövqeyindən döndərmək mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31