Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub- ÖZƏL
14 Fevral 2024 11:27 Siyasət"7 fevral növbədənkənar prezident seçkilərində güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətini bir daha dünyaya nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb, Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcək. Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır".