BƏƏ Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
13 Fevral 2024 20:30 SiyasətBirləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən məmnunam.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına tərəqqi və firavanlıq arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31