XİN-dən rəsmi İrəvanın əsassız iddialarına CAVAB
13 Fevral 2024 16:14 SiyasətErmənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin son hərbi təxribatlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində deyilir.
"Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb. Bu tədbir sırf cavab tədbiri idi.
Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır", - qurumdan bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31