Ermənistan Ordusunun daha bir könüllüsü ÖLDÜ
13 Fevral 2024 16:00 SiyasətErmənistan tərəfi daha bir hərbçinin ölümü barədə məluamat yayıb.
Olaylar.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məlumatı "Yerkrapa" könüllülər birliyi yayıb.
Məlumata görə, fevralın 12-də, könüllü hərbçi - 1984-cü il təvəllüdlü Qor Razmikoviç Asatryan qəfil ölüb.
Qeyd olunur ki, ölümün hansı şəraitdə baş verdiyini öyrənmək üçün araşdırma aparılır.
Xatırladaq ki, fevralın 13-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi "Qisas əməliyyatı" nəticəsində Ermənistan Ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi məhv edilib. Nəticədə 4 erməni hərbçi ölüb, 1-I yaralanıb. (Modern.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31