Bunların arxasında Üçüncü müharibə zonasının yaradılması faktı dayanır-Əziz Əlibəyli- ÖZƏL
13 Fevral 2024 15:36 Siyasət"Avropa İttifaqı Ermənistanı Azərbaycana qarşı müharibəyə cəlb etməyə çalışır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında "EkoDünya" Ekoloji və Sosial Araşdırmalar İctimai Birliyinin sədri Əziz Əlibəyli bildirib:
"Bunu siyasi baxımdan "Binokl diplomatiyası", müşahidə missiyası adlandırdıq, amma ortada fakt var ki, Avropa İttifaqı bir mənalı şəkildə antiazərbaycan mövqe tutub və Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi qələbə münasibəti ilə cəzalandırılmasına çalışan addımlara dəstək verir. Fransa, Amerika, İran və Hindistan tərəfindən Ermənistan silahlandırılması qarşılıqlı sinxron şəkildə həyata keçirilir. Hamısının arxasında Üçüncü müharibə zonasının yaradılması faktı dayanır. Bu, Ukrayna-Rusiya müharibəsi, Yaxın Şərq savaşı və həm də Qafqazda müharibənin ola bilmə ehtimalıdı. Üçüncü cəbhənin açılması Rusiyanın, İranın sərhədlərini təhdid edir, Azərbaycanı və Türkiyəni təhdid edir. Təəssüf ki, burda rol oynayan əsas ölkə Ermənistandır. Ermənistanda dövlət hakimiyyəti də zəifdir, dövlətçilik tənəzzül ərəfəsindədir. Bu cür ölkələrin qlobal sülhə vurduğu zərərdən başqa heç bir ciddi xidmətləri olmur. Çox təəssüf ki, bunu Ermənistan özünün də xaricdən dəstəyi ilə o hakimiyyəti hiss eləməmişdi. Bu cür xarici siyasət onun yəqin ki, Rusiya tərəfindən hansı formadasa yarımüstəqil olmasına gətirib çıxaracaq".