Ermənistan regionda sülhün və sabitliyin yaranması üçün real addımlar atmalıdır-Vüqar Əhmədov- ÖZƏL
13 Fevral 2024 15:17 Siyasət"Regionda gərginliyin artmasının səbəbi Paşinyanın apardığı siyasətdir, çünki ölkə daxilində yetərincə proseslərə nəzarət etmir, razılaşmaları uzadır və Aİ-nin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:
"Onların orada olduğu müddətdə məqsədli şəkildə təxribat törədərək Azərbaycanla Aİ arasında olan münasibətləri daha da gərginləşdirmək istəyir, onun məqsədi buna xidmət edir. Nə qədər ki, sərhədlər delimitasiya edilməyib, kimin harda durması mübahisəli məsələyə çevrilir, bəli doğrudur ki, Azərbaycanın elə qonşu ölkələr var ki, onlarla da sərhədlər tam delimitasiya edilməyib, lakin Ermənistanla vəziyyət fərqlidir, Azərbaycan bu ölkə ilə illərdir münaqişə vəziyyətində olub, İrəvan torpaqlarımızı işğalda saxlayıb. Ona görə, Ermənistan regionda belə hadisələrin baş verməməsi üçün digər qüvvələri cəlb etməkdən çəkinməli, regionda sülhün və sabitliyin yaranması üçün real addımlar atmalıdır. Əks halda belə insidentlər qaçılmaz kimi görünür".