Ermənistan nə Aİ-nin, nə də Fransanın vecinə deyil-Tural İsmayılov- ÖZƏL

"Əslində Ermənistanın təxribatları biz tərəfdən daha əvvəldən proqnozlaşdırılırdı". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a  açıqlamasında bildirib:

"Çünki, nəzərə almaq lazımdır ki, uzun müddət delimitasiya-demarkasiya komissiyalarının iclaslarının gecikməsi, həm Azərbaycanın uzatdığı sülh əlinin Ermənistan tərəfindən təxribata məruz qalması iki ölkə arasında gərginliyin ən yüksək həddə çatmağına zəmin yaradırdı. Bütün bu hadisələr fonunda artıq Ermənistan gərginliyi ən pik həddə çatdırır. Sülhün proqnozlaşdırıldığı, sülhlə bağlı pozitiv məqamların gözlənildiyi bir vaxtda, birdən-birə Ermənistan hakimiyyətinin ritorikası dəyişir. Nikol Paşinyan verdiyi bütün açıqlamalarda aqressiv və bölgəni təhdid edən şantaj dolu dırnaqarası mesajlar verir. Ardınca isə Zəngilanda təxribat törədilir. Əlbəttə ki, bu gün DSX Ermənistan təxribatının qarşısını layiqincə aldı. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi  Azərbaycan qanı axan bir əsgərinin belə haqqını yerdə qoymur. Ermənistan dəfələrlə etdiyi təxribatlara görə ən ağır formada cavabını alıb. Sadəcə olaraq bu gün Ermənistanı qızışdırıb ortaya salan xarici güc faktorları və həmçinin Ermənistanda olan Aİ-nin mülki müşahidə missiyası və Fransa çox idbar bir formada Ermənistanı  Azərbaycan əleyhinə qızışdırmaqla məşğuldur və son  hadisələr bir daha sübut edir ki, Ermənistan nə Aİ-nin, nə də Fransanın vecinə deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31