Azərbaycan heç kimin qanını axıtmaq istəmir - ÖZƏL
13 Fevral 2024 12:15 Siyasət"Azərbaycan ordusu, Azərbaycan dövləti heç bir haqsız axıdılmış qanı cavabsız qoymayacaq və qoymayıb da".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Ermənistana bununla bağlı dəfələrlə xəbərdarlıq edilib, onları daha müdrik davranmağa dəvət etmişik. Amma təəssüflər olsun ki, yenə də təxribatlar etməyə başladılar. Dünəndən özü də açıq-aydın, danılmaz faktlarla sübut edildi ki, Ermənistan tərəfi təxribat edir və ona görə də Azərbaycan dövləti axıdılan qanın qarşılığı kimi Ermənistana nəyin nə olduğunu göstərməli oldu. İndi səhər əldə olunan məlumatlara görə, Ermənistan tərəfi iki hərbçisinin öldürüldüyünü yazır, yaralılar haqqında da danışırlar. Bu təxribatı etməyəydilər və əsgərləri, hərbçiləri öldürülməyəydi. Yəni ağıllı olsunlar, təxribatlara uymasınlar, üçüncü tərəflərin qızışdırması ilə hərəkət etməsinlər. Bunu nə qədər deməliyik ki, anlasınlar? Azərbaycana müharibə lazım deyil. Azərbaycan heç kimin qanını axıtmaq istəmir. Bunu anlamaq doğrudanmı çətindir? Amma bu adamlar baxırıq ki, heç nə anlamaq istəmirlər, təxribatlar törədirlər və snayper əməliyyatı azmış kimi, gecə də Tovuz rayonu istiqamətində Azərbaycana atəş açıblar. Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə də qisas əməliyyatı keçirilməli idi".