Əgər, Ermənistan təxribatları genişləndirsə, bunun ağır bədəlini ödəyəcək - ÖZƏL
13 Fevral 2024 11:37 Siyasət"ABŞ kəşfiyyat Analitik mərkəzlərindən biri Ermənistan və Azərbaycan arasında mümkün müharibə barədə proqnoz vermişdi. Bu ilin əvvəlində verilən açıqlama müəyyən kəşfiyyat məlumatlarına əsaslanır". "Olaylar" xəbər verir ki, bunu deyən MCP Başqanın müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın silahlanmasi və Fransanın təhriki ilə Azərbaycana qarşı hərbi təxribatları mümkün ssenaridir: "Ermənistan Baş naziri Nikol Paşinyanın sülh açıqlamaları və bu səpkidə verdiyi açıqlamalar, yeni konstitusiya ehtiyac olduğunu vurğulaması bu ölkənin müharibədə maraqlı olmadığı təəsürati formalaşdırır.
Həmçinin N. Paşinyan qeyd edir ki, Azərbaycan və Ermənistan bir-birinə hücum etməmək və güclə hədələməmək barədə saziş var. Göründüyü kimi danışıqlar və sazişlər sülhü prosesini özündə ehtiva edir. Amma şərti sərhəddə isə, Ermənistan hərbi təxribatlarda maraqlıdır. Əgər, Ermənistan təxribatları genişləndirsə, bunun ağır bədəlini ödəyəcək. Ermənistanın hərbi təxribatları mümkündür. Bu gün Azərbaycan hərbiçisinin Ermənistan tərəfindən yaralanması bunu göstərir".