Bu gün xalqımız Qarabağ və Şərqi Zəngəzuru dirçəltməklə məşğuldur- ÖZƏL
13 Fevral 2024 11:01 Siyasət"Öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanımızın son 200 illik tarixinə Qalib Sərkərdə kimi adını yazdıran Ali Baş Komandan keçmiş qaçqın və məcburi köçkünlərimizin yurd, torpaq həsrətinə son qoydu. Bu gün xalqımız dövlət başçımızın rəhbərliyi altında Qarabağı və Şərqi Zəngəzuru dirçəltməklə, bu torpaqlara yenidən həyata verməklə məşğuldur". "Olaylar" xəbər verir ki, bunu deyən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov deyib:
"Seçkidən öncə Azərbaycan mediasına verdiyi müsahibəsində seçkilərin növbədənkənar keçirilməsini çox aydın şəkildə şərh edən cənab Prezident ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra Azərbaycanın yeni dövrə qədəm qoyduğunu açıq şəkildə elan etdi. Yeni dövrün əsas hədəfi qalib ölkənin qalib vətəndaşı, onun sosial rifahının daha da yaxşılaşdırılması, dövlətimizin yeni dövrün çağırışlarına cavab verməsi, yenidən dizayn edilən dünyada mövqelərimizin daha da möhkəmləndirilməsi, regionda qalıcı və davamlı sülhün bərqərar edilməsi, əməkdaşlıq platformasının yaradılmasıdır".