COP 29-un Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir- ÖZƏL

"Bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət onu dünya siyasətində əhəmiyyətli aktora çevirib". "Olaylar" xəbər verir ki, bunu deyən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Araz Xudadanovun sözlərinə görə, Qoşulmama Hərəkatına iki dövr üzrə uğurlu sədrlik və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətimiz beynəlxalq müstəvidə mövqelərimizi daha da möhkəmləndirdi: "BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə dair qəbul edilmiş qərar isə Azərbaycana növbəti etimadın bariz göstəricisidir. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə qazandığımız bütün bu nailiyyətlər Azərbaycanın öz inkişafının zirvəsində olduğunu bir daha təsdiq edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31