Cəmiyyətin böyük əksəriyyəti İlham Əliyevə etibar edir- ÖZƏL
13 Fevral 2024 10:52 Siyasət"Vətəndaşların seçimi bəlli idi. Yaşından, milliyyətindən, dini baxışlarından, sosial təbəqəsindən asılı olmayaraq cəmiyyətin böyük əksəriyyəti cənab İlham Əliyevi nəinki dəstəkləyir, onu sevir və gələcəyini ona etibar edirdi. Bir məqamı da xüsusi qeyd edim ki, cənab Prezidentin iyirmi ildən artıq fəaliyyət dövrü heç də digər dünya dövlətləri rəhbərlərinin hakimiyyət illəri ilə müqayisə oluna bilməz. Avropada və dünyanın bir çox regionlarında dövlət və hökumət başçıları cənab İlham Əliyevdən böyük həvəslə nümunə gətirirlər. Əlbəttə, bu qürurvericidir". "Olaylar" xəbər verir ki, bunu YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib:
"7 fevral növbədənkənar prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsvermə prosesində iştirak etməsi, öz vətəndaş vəzifəsindən və konstitutsion hüququndan istifadə etməsi cəmiyyətin siyasi proseslərdə iştirakına bariz sübutdur. Əlbəttə, xalqın fikrini, rəyini, kimə səs verəcəyini seçkidən öncə keçirilmiş rəy sorğuları ifadə edirdi. Lakin insanların seçki prosesində iştirak etməklə bağlı böyük arzuları vardı. Bütün ölkə üzrə məntəqələrə insanların öz rəhbərinə dəstək olmaq üçün axışması dövlət başçına olan sevginin ifadəsi idi".