Rusiyanın Ali Dağ-Mədən Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
12 Fevral 2024 15:09 SiyasətRusiyanın Ali Dağ-Mədən Şurasının sədri Yuri Şafranik Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Olaylar.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edirəm.
Çox yüksək dövlət vəzifəsindəki fəaliyyətinizdə Sizə səmimi-qəlbdən yeni-yeni uğurlar, möhkəm cansağlığı, firavanlıq və tərəqqi arzulayıram.
Ümidvaram ki, Sizin Azərbaycan Respublikası Prezidenti vəzifəsində fəaliyyətiniz bundan sonra da Rusiya və Azərbaycan xalqları arasında uzunəsrlik dostluğun möhkəmlənməsinə töhfələr verəcəkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31