Ararat Mirzoyan Beynəlxalq Cinayət Məhkəməsində Azərbaycanı ittiham edib- ÖZƏL
12 Fevral 2024 14:50 Siyasət"Ermənistan artıq Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası altındadır. Bununla bağlı Haaqada keçirilən mərasimdə Ararat Mirzoyan böhtan və yalan dolu bir çıxış edərək Azərbaycanı sülh prosesini ləngitməkdə və regionda münaqişəni qızışdırmaqda ittiham edib". "Olaylar" xəbər verir ki, bunu deyən hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, Mirzoyan Bakının Ermənistana təcavüzü və onun ərazilərinin işğalı barədə də saxta məlumatlar verib: "Ararat Mizoyan da, baş nazir Paşinyan da bu fikirləri dəfələrlə səsləndirib. Amma Haaqda, özü də BCM-ə qoşulmaqla bağlı keçirlən mərasimdə bu fikirləri yenidən səsləndirməsi o deməkdir ki, Ermənistanla sülh çətin olacaq. Onlar bu məkməyə yeganə məqsədlə qoşulublar-BCM mexanizmlərindən Azərbaycanlılara qarşı istifadə etmək. Ermənistan BCM Roma Statununa qoşularkən onun yurisdiksiyasının Ermənistana münasibətddə 2022-ci ilin sentyabr ayına qədər geriyə şamil olunmasına dair xüsusi bəyanat təqdim etməsi də onların çirkli niyyətlərinin tam açıq şəkildə ortaya qoyur. Onlarla sülhə gəlmək çətin olacaq, hətta hansısa sülh sənədi imzalansa belə".