İrəvanın silahlanmasının gələcək təhlükəli hədləri mövcud ola bilər-Aqşin Kərimov- ÖZƏL

"Ermənistanın silahlanmasının indiki həddi regional reallıqları dəyişə bilmək iqtidarında deyil". 

Bu fikirləri politoloq Aqşin Kərimov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Qüvvələr balansı, Azərbaycanın hücum və müdafiə silahlarının say və keyfiyyəti, ən müasir standartlara uyğunluğu Ermənistanı qat-qat üstələyir. Canlı qüvvə, o cümlədən bütövlükdə elit qüvvələrdəki böyük fərqlər də Ermənistan üçün qorxu mənbəyi olaraq qalmaqdadır. 
Ermənistanın Azərbaycanın bu üstünlükləri qarşısına çıxara biləcək adekvat hərbi resursu yoxdur. 
Ancaq Ermənistanın silahlandırılması və ölkənin özünün yeni silahlanmaya getmək prioritetləri Azərbaycanın diqqətlə izlədiyi müstəvidir. Çünki İrəvanın silahlanmasının gələcək təhlükəli hədləri mövcud ola bilər. 
Buna görə də, Azərbaycan hərbi-siyasi və kəşfiyyat imkanları ilə Ermənistanın hansı kanallardan silahlar idxal etdiyini və İrəvanın daxili resursları hesabına istehsal etdiyi silahları araşdırır. 
Azərbaycanın ən güclü tərəflərindən biri də strateji müttəfiqi Türkiyə ilə və tərəfdaşlarından kəşfiyyat məlumatları almağıdır. 
Bu, Azərbaycana öz xeyri üçün proqnozlaşdırılabilən ssenarilər "yazmağa" kömək edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31