Azərbaycan xalqı ölkəmizin xoşbəxt gələcəyinə səs verib- ÖZƏL
12 Fevral 2024 13:07 Siyasət"Mərkəzi Seçki Komissiyası ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərinin nəticələrini təsdiq edib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin sözlərinə görə, mötəbər beynəlxalq təşkilatlar bir çox dünya ölkələrinin müşahidəçilərinin iştirak etdiyi seçkilərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Prezident vəzifəsinə seçildiyini təsdiq ediblər. Ölkəmizdə keçirilən azad, demokratik, şəffaf seçkilərdə Azərbaycan xalqı sərbəst şəkildə öz iradəsini ifadə edərək, ölkəmizin xoşbəxt gələcəyinə, müstəqil, qüdrətli dövlət kimi inkişafına səs verib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31