Ermənistanın hansı potensiali var ki?- ÖZƏL

"Ermənistanla sərhədlərin açılması və nəqliyyat-enerji əlaqələrinin bərpası Azərbaycan üçün müsbət perspektiv vəd etmir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında qaz xəttinin bərpası və bu ölkəyə qaz ixracı danışaqlar predmeti olamamalıdır. Sülh müqaviləsindən sonra, Ermənistanla qaz kəmərlərinin bərpasına və qaz ixracına ehtiyac yoxdur: 
"Ermənistan Azərbaycana 30 il ərzində işğal və etnik təmizləmə aparıb, maddi-mənəvi ziyan vurub. Azərbaycana bu ziyanı maddi baxımdan ödəsin ki, sonra bu məsələyə baxıla bilər. Azərbaycanla Ermənistan arasında sülh o demək deyil ki, biz Ermənistan iqtisadiyyatına sərmayə qoyacağıq və bu ölkəni dirçəldəcəyik. Azərbaycanın bu kimi öhdəliyi yoxdur və olmamalıdır. Ermənistanın hansı potensiali var ki, biz onlarla iqtisadi-tranzit əməkdaşlıqda maraqlı olaq?! Gürcüstan nümunəsi göz qabağındadır. Uzun illər Gürcüstana sərmayə yatırıldı. Azərbaycan ucuz qiymətə qaz və neft İ bu ölkəyə ixrac etdi. Rusiya -Gürcüstan müharibəsində Tiflisin yanında oldu. Nəticədə hakimiyyət dəyişən kimi gürcü xalqı və hakimiyyəti Azərbaycan xalqına xəyanət etdi. 
Hazırda Ermənistana silahlar Gürcüstan ərazisindən daşınır. Boz kardinal B. İvanaşvili Baş nazir seçiləndə Azərbaycana qarşı təzyiq tonunda mesajlar verirdi. Ona görə də Ermənistanla sülh müqaviləsi yalnız dövlətlərin bir-birinə hücum etməmək müqaviləsi olmalıdır. Ermənistanla sərhədlərin açılması və nəqliyyat-enerji əlaqələrinin bərpası Azərbaycan üçün müsbət perspektiv vəd etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31