Prezident İlham Əliyev seçkilərdə səslərin 92.12 faizini qazanıb
12 Fevral 2024 12:07 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 mindən çox) toplayaraq qələbə qazanıb. "Olaylar" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasında məlumat verilib.
Bildirilib ki, seçkilər 125 seçki dairəsi üzrə keçirilib və vətəndaşlara səs vermələri üçün bütün şərait yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31