Andiçmə mərasimi nə vaxt keçiriləcək? - ÖZƏL
12 Fevral 2024 11:45 SiyasətMərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı məsələni təsdiqləyib. "Olaylar"ın məlumatına görə, millət vəkili Ceyhun Məmmədov bildirib ki, Konstitusiya Məhkəməsinin qərarından sonra prezidentin andiçmə mərasimi keçiriləcək: "Mərkəzi Seçki Komssiyası Protokolun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxardı. Müvafiq qanunvericiliyə əsasən Konstitusiya Məhkəməsinin qərarından sonra prezidentin andiçmə mərasimi keçiriləcək.
Beləliklə, seçkilərin yekun nəticələrinə görə, Prezident İlham Əliyev 4567458, seçicilərin 92.12 faiz səs toplayıb. Dövlətimiz və xalqımız üçün xeyirli olsun!"