Pevrul Kavlak Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının prezidenti Pevrul Kavlak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Prezident.

Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının adından və şəxsən öz adımdan Sizi seçkilərdə qazandığınız qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizə gələcək liderliyiniz dövründə uğurlar, Azərbaycan xalqına və ölkənizə əmin-amanlıq arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31