Gezim Kalaya Prezident İlham Əliyevi təbrik etdi
10 Fevral 2024 14:16 SiyasətAlbaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin prezidenti Gezim Kalaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyi adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırıram. Siz müdrik Lider olaraq regiona sülh və tərəqqi gətirmisiniz.
Demokratik standartlara riayət olunaraq keçirilən seçkilərdə tarixi qələbəniz, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirik.
Yaşasın Azərbaycan!
Yaşasın Albaniya və Azərbaycan qardaşlığı!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31