Düşmənçilikdən və Türk nifrətindən heç zaman imtina etməyəcək-Əli Mustafa- ÖZƏL
9 Fevral 2024 14:48 Siyasət"Gerçəklik odur ki, ermənilər hər fürsətdən, hər müstəvidən Azərbaycanın əleyhinə istifadə edirlər. Xüsusilə beynəlxalq təşkilatlar onlar üçün daha əlverişli məkandır. Çünki, həmin müstəvidə ermənilərə dəstək verənlər də yetərincədir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"Azərbaycana qarşı qərəzli yanaşan qüvvələr də var. Bu da əlbəttə ermənilərin işinə yarayır. Ermənilərə lazımdır ki, Azərbaycanı aşağılasınlar, nüfuzdan salsınlar, Azərbaycana qarşı hər yaranan fürsətdə öz düşmənçilik niyyətlərini ortaya qoysunlar. Bu müstəvilər də onlara şərait yaradılır. Onların bədxah potensiallarının ortaya çıxmaslna zəmin yaradılır. Əlbəttə bu normal bir şey deyil, çünki Azərbaycan və Ermənistan bu gün sülh danışıqları aparırlar, anlaşmağa çalışırlar. Əgər Ermənistan bir müstəvidə bizimlə anlaşmağa çalışıb, digər müstəvidə bizim əlehimizə təbliğat aparacaqsa, düşmənçilik edəcəksə, bir yerə çata bilməyəcək. Nəticədə sülh razılaşması da olmayacaq. Ermənistanın pis niyyətləri öz başında çatlayacaq.
Ararat Mirzoyanın və ya başqa erməni liderlərinin belə açıqlamaları mənim üçün sürpriz deyil, erməni xislətinə bələdəm. Hesab edirəm ki, onlar nə qədər xoşgörülü olsalar da, düşmənçilikdən və Türk nifrətindən heç zaman imtina etməyəcək. Çünki, onlarda erməni faşizmi elə formalaşdırılıb ki, hələ 2-3 nəsil lazımdır ki, bu zəhər onların canından çıxsın. Bu baxımdan təəccüblü bir şey yoxdu. Bunu nəzərə almalıyıq ki, beynəlxalq müstəviləri boş qoymaq olmaz. Biz də öz imkanlarımızdan, fürsətlərimizdən düzgün istifadə etməliyik. Yalnız ermənilər bizə hücum etsin, biz onların qarşısını alaq tendesiyasını da artıq bitirmək lazımdır. Hər fürsətdə biz də onların yaramazlığını ortaya qoymalıyıq. Onları ideoloji təbliğat müstəvisində elə bir vəziyyətə salmalıyıq ki, özləri bizə desinlər ki, gəlin sözün həqiqi mənasında atəşkəsi qoruyaq və anlaşmaya əməl edək. Əks təqdirdə biz hər zaman erməni şantajı, şər-böhtanı ilə üzləşəcəyik. Etiraf etmək lazımdır ki, bu da beynəlxalq münasibətlər sistemində bizə zərər vurur. Buna qarşı özümüzün müdafiə siyasətimizi, xüsusilə xarici siyasətdə müdafiə mövqeli çıxışımızı əvəz etməliyik".