Bu Ermənistanın nə qədər rəzil vəziyyətə düşdüyünün bariz nümunəsidir...-Tural İsmayılov- ÖZƏL

"Əlbəttə ki, Ermənistanın Azərbaycan əleyhinə boğazdan yuxarı dırnaqarası bəyanatları və təhdidləri  bölgədə Ermənistanın sülh və sabitlikdə maraqlı olmadığını dəqiq  göstərir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a  açıqlamasında bildirib:

"Bütün bu addımlar Ermənistanın ölkə olaraq nə qədər rəzil bir vəziyyətə düşdüyünün bariz nümunəsidir. Bu gün  Azərbaycanı nələrdəsə ittiham etmək və eyni zamanda,  Azərbaycan əleyhinə hədyanlar səsləndirmək Cənubi Qafqaz regionunda gərginliyə xidmət edir. Bir daha göstərmiş olur ki, Ermənistan müstəqil siyasi oyunçu deyil. Onun arxasında dayanan qüvvələr var. Bu qüvvələr daim Ermənistanla  Azərbaycan arasında gərginlik, xaos və münasibətlərin çıxılmaz vəziyyətə düşməyində maraqlıdır. Ümumiyyətlə, birinci dəfə deyil ki, Ararat Mirzoyan və Ermənistan iqtidarının müxtəlif yetkililəri müxtəlif platformalarda Azərbaycan əleyhinə hansısa bəyanatlar versinlər. Özəlliklə sülh gündəliyinin danışıldığı və müzakirə edildiyi və geniş şəkildə artdığı bir dövrdə bu məsələnin gündəmə çıxması və Ermənistanda Ararat Mirzoyanın vasitəsilə Azərbaycanın ünvanına  böhtanların səsləndirilməsi Ermənistan hakimiyyətinin sülhə, etimad quruculuğuna nə qədər yad olduğunu göstərir. Bütün bu baş verənlər bir daha sübut edir ki, Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq, yaxşılaşdırmaq kimi bir fikri yoxdur. Əgər Ermənistanın belə bir fikri olsaydı ümumiyyətlə, Ermənistan hökumət yetkililəri həm Ermənistan mediasına verdiyi açıqlamalarda, həm beynəlxalq aləmdə etdiyi çıxışlarda daha diqqətli olmağı, diplomatik etiket normalarına, üslubuna uyğun dil və ritorika seçərdilər. Hər halda hesab edirəm ki, bu cəfəng iddialar Ermənistanla Azərbaycan arasındakı vəziyyəti gərginləşdirməyə xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31