Ukrayna Ali Radasının deputatı: "Azərbaycan xalqı seçkilərdə birliyini nümayiş etdirdi"
9 Fevral 2024 11:52 SiyasətPrezident seçkilərində Azərbaycan xalqı birliyini nümayiş etdirdi. Secki-2024.az saytı xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Ali Radasının deputatı Valeri Kolyux bildirib.
"Azərbaycanda keçirilən Prezident seçkilərində təşkilatçılıq ən yüksək səviyyədə oldu, seçici fəallığı yüksək səviyyədə idi. Bu Prezident seçkilərinin Azərbaycan üçün unikallığı ondan ibarətdir ki, müstəqillik əldə ediləndən bəri bütün ölkədə, o cümlədən Qarabağda seçkilər keçirilib. Prezident seçkilərində Azərbaycan xalqı birlik nümayiş etdirdi, dövlətinizə firavanlıq və Qarabağın tezliklə bərpasını arzulayırıq", - deyə o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31