Azərbaycan xalqı öz prezidentinin ətrafında sıx birləşərək onu dəstəklədi- ÖZƏL
9 Fevral 2024 11:33 Siyasət"Budəfəki seçkilərin tarixi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə bütün ölkə üzrə keçirilirdi. Xalq böyük inamla, yüksək əhval-ruhiyyə ilə seçki məntəqələrinə gedir və səs verirdilər. Seçkiləri müşahidə edən yerli və beynəlxalq müşahidəçilər də təsdiq etdilər ki, insanlar öz konstitusion hüququndan istifadə etmək üçün növbələrə dayanırdı. Bu həm də vətəndaşlıq borcu idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Hicran Hüseynova deyib: "Prezident İlham Əliyevin özü, birinci xanım Mehriban Əliyeva və onların ailə üzvlərinin Xankəndi şəhərində səs verməsi isə tarixi və rəmzi xarakter daşıyır. Bu, sadə və aşkar bir həqiqətin bütün dünyaya nümayişi idi - Azərbaycan erməni separatizmi və terrorizmi üzərində birdəfəlik qələbə qazandı və heç kəsə bizim Böyük Qələbəmizi şübhə altına almağa imkan verilməyəcək. İndiyədək separatizm və ərazilərin işğalı ilə bağlı problem yaşayan heç bir postsovet ölkəsi bunu bacarmayıb. Və Azərbaycan aparıcı dünya dövlətlərinin planlarına zidd olaraq ədalətin və beynəlxalq hüququn təntənəsinə nail oldu. Mən ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini nəzərdə tuturam. Onlar, xüsusən də Makronun dövründə Fransa hələ də Azərbaycanın siyasi və hərbi zəfərini həzm edə bilmir, bunu öz fiaskosu kimi qəbul edərək ölkəmizə təzyiq göstərməyə çalışırlar. Onlar müxtəlif səviyyələrdə Fransa Senatında, Avropa Parlamentində, AŞPA-da, BMT-də heç bir əsası olmayan qətnamələr, hesabatlar hazırlayır, qəbul edirlər. Bundan başqa, Fransa Ermənistanı aktiv şəkildə silahlandırır. ABŞ və bir sıra Avropa ölkələrində erməni lobbisi və diasporla uzun müddət əməkdaşlıq edən və öz maraqları naminə çalışan siyasətçilər də fəallaşır. Amma onların bütün antiazərbaycan təxribatları əks effekt verdi. Strateji təfəkkürünün miqyasına görə İlham Əliyevə rəqib olmağa sadəcə olaraq yaraşmayan Makronun indiki seçkilərdə Azərbaycan xalqı öz prezidentinin ətrafında sıx birləşərək onu dəstəklədi".