Prezidentin səs vermək üçün Xankəndini seçməsi seçkiyə əlavə rəng qatdı- ÖZƏL
9 Fevral 2024 11:16 Siyasət"7 fevral prezident seçkilərində fəal iştirakla Azərbaycan xalqı birlik və həmrəyliyini, öz rəhbərinə sədaqətini növbəti dəfə nümayiş etdirdi. Bu seçki bir çox baxımından xüsusi əhəmiyyət daşıyırdı. Qarşıda isə hələ bir çox mühüm vəzifələr durur". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib:
"Bu seçkinin əhəmiyyətini artıran məsələlərdən biri də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə bütün suveren ərazilərimizdə keçirilməsi idi. Prezident İlham Əliyevin ailəsi ilə birlikdə səs vermək üçün Xankəndini seçməsi bu seçkiyə əlavə rəng qatdı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31