Möhtəşəm uğurlara doğru inamla addımlayırıq - ÖZƏL
29 Yanvar 2024 11:09 Siyasət2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın Tərtər rayonunun Səhləbad və Əskipara kəndindən olan seçicilərlə görüş keçirilib. YAP Tərtər rayon təşkilatından "Olaylar"a bildirillib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respubikasının Dövlət Himni səsləndirilib.
Görüşdə YAP İdarə Heyətinin üzvü, YAP Mərkəzi Aparatında Prezident seçkiləri ilə əlaqədar yaradılmış təbliğat və təşviqat qrupunun üzvü Asif Əsgərli, Bakı Dövlət Universitetinin müəllimi Kəmalə Nəcəfova, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, YAP Tərtər rayon təşkilatının təşviqat qrupunun üzvləri İman Almuradov və Elşən Səfərov çıxış ediblər.
Çıxış edənlər bildiriblər ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə "Qalib xalqın qalib Lideri!" şüarı ilə gedir. Azərbaycanın son 20 ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, Prezident İlham Əliyevin müdrik siyasətinin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son 20 ildə böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi qələbələr qazanıb. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xarici və daxili siyasəti, 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan Qələbə, işğaldan azad olunmuş torpaqlarda görülən böyük bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisə kimi Azərbaycanın tarixi salnaməsinə qızıl hərflərlə yazılıb.
Qeyd edilib ki, müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkisi ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanın hər yerində keçiriləcək. Azərbaycan xalqı bir daha dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, inkişafa və tərəqqiyə səs verəcək. Xalqımızın alternativsiz Lideri və yeganə seçimi İlham Əliyevdir.
Natiqlər seçiciləri 7 fevral seçkilərində aktiv iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar. Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.