Şəhidlərimizin məzarını ziyarət etmək hər birimizin borcudur-Deputat- ÖZƏL

Millət vəkili Ceyhun Məmmədov Kürdəmir rayonunda şəhid məzarını ziyarət edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət etmək hər birimizin borcudur. Bu səbəbdən  Kürdəmir rayonundakı məzarlıqda uyuyan şəhid Ziyadxan Əliyevin məzarını, eyni zamanda o məzarlıqda uyuyan Böyük Mərcanlı kənd sakini Əhmədov Elsevər Aydın oğlu və Şıxlar kənd sakini şəhid Səfquliyev Məzahir Ağakişi oğlunun məzarlarını ziyarət etdik. Azərbaycanın inamlı qələbəsində xüsusi rəşadət göstərən ordumuzun şəhid hərbi qulluqçularına rəhmət, yaxınlarına səbr dilədik. Daha sonra şəhid Ziyadxan Əliyevin ailəsini ziyarət etdik, onlarla həmsöhbət olduq. Bir daha Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31