Erməniəsilli seçicilər də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər - MSK sədri
29 Yanvar 2024 10:43 SiyasətErməni əsilli seçicilər də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər.
Olaylar.az-ın Secki-2024.az-a istinadən məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib.
MSK sədrinin sözlərinə görə, bizim üçün seçici var. Onları fərqləndirmirik. Qadınlar da, kişilər də, xaricdə yaşayanlar da, ölkədəki vətəndaşlar da eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir. Onların heç birinin üstünlüyü yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31