Seçicilərə bildirişlərin paylanması müddəti başa çatır

Bu həftə məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti başa çatır.

Olaylar.az Secki-2024.az-a istinadən xəbər verir ki, bu barədə işlər yanvarın 31-dək yekunlaşmalıdır.

Belə ki, səsvermə gününə 7 gün qalanadək məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər seçicilərə paylanmalıdır.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31