AŞPA-da nə baş verdi
26 Yanvar 2024 17:20 SiyasətAŞPA-nın yanvarın 24-də keçirilmiş iclasında Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqləyiblər. Bundan əvvəlsə Azərbaycan nümayəndə heyəti xüsusi bəyanatla çıxış edərək AŞPA da fəaliyyətini qeyri müəyyən vaxtadək dayndırdığını bildirmişdi.
Bu arada gərginlyinin yeni detalları da bəlli olub . AŞPA-ının Azərbaycanın nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək qərarına cavab olaraq rəsmi Bakı Avropa Şurasından çıxma prosedurunu nəzərdən keçirir
Nə baş verdi?
AŞPA əvvəldən Azərbaycanın öz ərazi bütövlüyün güc yolu ilə həlinə qarşı çıxırdı. Dövlət başçısınıən bir müddət əvvəl Füzulidə azad olunmuş ərazilərə qayıdan sakinlərlə görüşündə qeyd etdiyi kimi, Azərbaycan uzun müddət sülh danışıqları prosesinə sadiq qalıb, münaqişənin diplomatik yolla həllinə çalışıb. Müxtəlif beynəlxalq qurumlarda , o cümlədən AŞPA-da ərazi bütpvlüyümüzü dəsətkləyən çoxsaylı sənədlərin qəbuluna çalışıb və buna nail olub. Bu, indi opponentlərin dediyi kimi, hansısa beynıəxla qurumun bizəlütfünün nəticəsi deyildi, çox gərgin diplomatik mübarizənin , yeri gəlində lobbiçiliyin, o cümlədən Azərbaycanda sərmayə qoymuş şirkətlərin iqtisadi lobbiçiliyinin nəticəsi idi. O zaman Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhəri Şavarş Koçaryan Azərbaycanın inadlı diplomatik mübarizəsini su daşı dələr prinsipni ilə ardıcıliş adlandırmışdı. Təəssüf o beynəlxalq təşkilatlarda titanik münbarizə əzmi ilə qopara bildiyimiz sənədlərin tələblərinin yertinə yetirlməsinə gələndə o təşkilatlar olduqca səhlənkar davranır, işğalçını daha da təhrik edirdilər. İş o həddə çatdı ki, Avropa qurumlarının ali kürsülərindən Ermənistan dövlət rəhbərləri azərbaycnalılarla ermənilərin irqi uyğunsuzluğu haqda fikir səsləndirdi. Amma bu gün Azərbaycanı Zəngəzure dəhlizi ilə bağlı üçtərəfli bəyantın tələblərinin yerinə yetirlməsinə çağırdığıan görə cəzalandımağa hazır olan o qurumlar nə işğalın davam etməsinə, nə də tribunlarının irqçi çıxışlar üçün alət edilməsinə reaksiya vermədilər.
Azərbaycana qarşı təşəbbüslərin müəllifləri kimdir?
Məlum olub ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə dair çağırışın müəllifi olan almaniyalı deputat Frank Şvabe 2016-cı il iyunun 2-də Almaniya federal parlamentində(bundestaq) qondarma erməni soyqırımının tanınması təəbbüsünb də müəliflərindən biridir. Şvabe 2019-cu ildə alman parlamentində çıxışı zamanı Azərbaycanın lobbiçisi kimi bilinən deputat həmkarı Karin Strenzi korrupsiyada ittiham etmiş, Ştrenzin deputat toxunulmazlığı qaldırılmışdı . Yəni təşəbbüsün məhz ermnənipərəst dairələrdən gəlməsi, Avropanın bəzi qurumlaırnın bu və ya diogər maraqlardan dolayı ermənipərəst lobbilərin alətinə çevrilməsi faktdır.
AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin yaydığı "Avropada həbs yerlərində sistematik işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara dair sənəd"də Azərbaycana qarşı iddialar da yer alır.Digər qərar kimi burda da açıq antiazərbaycan türkofob izi var. Belə ki, sənədin əsasını təşkil edən təfərrüatlı hesabatı Kipr Sosial Demokrat parlamentari Konstantinos Efstathiou hazırlayıb.
Yada salaq ki, 2022-ci ilin sonlarında Avropa Parlamentinin(AP) rəhbərliyinə yaxın olan aralarında keçmiş parlament, həmkarlar ittifaqı üzvü və müşavir müavinləri olmaqla 4 nəfər saxlanılmışdı. Onlar dünya çempionatının keçirilməsi ilə bağlı korrupsiyada və Qətərin maraqları üçün lobbiçilikdə şübhəli bilinirdilər. Axtarışlar nəticəsində polis təxminən 600 min avro nağd pul aşkarlanmışdı. Bu pulun keçmiş deputat Antonio Panzerinin ünvanında tapıldığı öyrənilib. Şübhəlilərdən biri AP-nin vitse-prezidenti, Yunanıstanın PASOK sosialist partiyasının üzvü Eva Kaili olduğunu qeyd ediblər. Hər iki şəxs həm də erməni lobbisinin fəal üzvləri idilər.
Bəs, AŞPA-ın bu addımlarını düzgün sayanların arqumentlərii nədir?
Onlar Azərbaycanı Rusiya və İran yaxınlaşmaqda suçlayır, eyni zamanda Avropa qurumlarının ata biləcəyi növbəti antiAzərbaycan addımlara bəri başdan bəraət qazandırmaq istəyir,indi sanksiyalarəı təbiq ediləcəyini, Avropanın Ermənistanı daha çox himayə edəcəyini iddia edirlər.
Hətta iddia edildiyi kimi Azərbaycan Rusiya ilə bağlı sərt addımlar atmadığına görə cəzalandırılırsa, bu, yenə də AŞPA-nın qərəzsiz olması mənasına gəlmir. Rusiyanın Ermənistanda hərbi bazası var, lap bu yaxlnlarda 400 milyon dollarlıq silah satdığı aşkarlandı, yenə də Qərb KİV-lərində yer alan çoxsaylı məlumatlardan aydınlaşdığı kimi, Avropa və ABŞ-ın istər İrana, istərsə də Rusiyaya qarşı sanksiyalaırn yarılmasında Ermənistan xüsusi rol oynayır. Məntiqi olaraq sual yaranır- bəs Ermənistana qarşı niyə bu addım atılmır?
İndi Rusiya Qərb münasibətləri daha çox Ukraynaya görə korlanıb, amma Ukrayna nümayəndə heyətinin Azərbaycanı müdafiə etdiyini bilirik, Azərbaycan Rusiya ilə ehtiyatlı diplomatiyasının Ukraynaya qarşı olmadığı Kiyevdə başa düşülür və anlayışla qarşılayırlar.
Qərblə iqtisadi əlaqələrin siyasi strukturlarla əməkdaşlıqdan asılı olması haqda rəylər də qərəzlidir. Qərb siyasi strukturlarında təmsil olunmayan Mərakeş, Əlcəzair kimi ölkələr Avropa İttifaqının ən böyük ticarət partnyorlarıdır.
Cəmaləddin Quliyev