Nəhayət ABŞ da Yeni Dünya Nizamını etiraf etdi- ÖZƏL
18 Yanvar 2024 10:38 Siyasət"Türkiyə, prezident Ərdoğan deyəndə inanmırdınız...Nəhayət ABŞ da Yeni Dünya Nizamı barədə danışmağa başladı". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Zaur İbrahimlinin sözlərinə görə, Davos Forumunda ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Sallivan bu mövzuda fikirlərini bölüşüb: "Qeyd edib ki, "Birləşmiş Ştatlarda heç kimin yeni dünya nizamının hazırda faktiki olaraq formalaşdığına şübhəsi yoxdur. Həqiqətən də, hazırda hansısa yeni dünya nizamı formalaşır. İstənilən halda dünya nizamı daim inkişaf edir və İkinci Dünya Müharibəsinin bitməsindən sonra da inkişaf edir. Bir dövrün sonuna, başqa bir dövrün başlanğıcına gəldik. Bu yeni nizamın, bu yeni dövrün necə görünəcəyinə təsir etmək imkanımız var. Biz geridə qalan dövrün əsaslarını təşkil edən mövcud institutları dəyişə bilərik. Uyğunlaşdıra və ən dəyərli prinsipləri özümüzlə növbəti dövrə apara bilərik".