Bu Aİ-nin Azərbaycanla Ermənistan arasındakı sülhə etinasızlığıdır...-Tural İsmayılov- ÖZƏL
18 Yanvar 2024 10:11 Siyasət"Avropa Birliyi Ermənistan ərazilərində konkret olaraq özünün siyasi məqsədlərini həyata keçirir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Faktiki olaraq bu gün Ermənistanla Azərbaycan arasında olan şərti sərhədlərdə heç bir problem yaşanmır və bütövlükdə guya əvvəl müddətli missiya kimi gələn bu dırnaqarası mülki müşahidə missiyasının sayı sonradan artırıldı. Hamıya bəllidir ki, bu gün Ermənistan ərazilərindən Avropa İttifaqı Rusiya İrana qarşı kəşfiyyat plasdarmı formalaşdırmağa çalışır və görürük ki, burda da Azərbaycan -Ermənistan məsələsini bəhanə edirlər. Artıq Ermənistan ərazilərində Qərb strukturlarının sayı gündən-günə artırılır, Ermənistan əraziləri peşkəş, tarimar edilən bir təşkilat halını alıb. Bu kontekstdə mən hesab edirəm ki, artıq Aİ-nin Ermənistan ərazilərindəki bu məkrli oyunu Azərbaycanla münasibətlərə qarşı da edilən haqsızlıqdır. Bütövlükdə demək olmaz ki, Avropa Birliyi sülhü istəmir, amma Avropa Birliyinin içərisində Fransa, Belçika, Niderland, Lüksemburq kimi ölkələrdə görürük ki, ordakı siyasətçilərin erməni lobbisinin təsiri altında qərəzli məlumatlarını şərh edir və bəzən bu prizmadan çıxış edir. Bu da bütövlükdə haqlı olaraq Aİ-nin özünün Azərbaycanla Ermənistan arasındakı sülhə etinasızlığı kimi şərh edilir".