Göygöl və Goranboyda seçkilərlə əlaqədar seçilən məkanların sayı açıqlandı

Göygöl və Goranboy rayonlarında seçkilərlə əlaqədar təbliğat və təşviqat kampaniyası üçün məkanların yeri müəyyən edilib. 

Olaylar.az Secki-2024.az-a istinadən xəbər verir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 7 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkiləri ilə bağlı Göygöl rayonu ərazisində toplantı keçirilməsi üçün müəyyən edilmiş 25 məkan təyin olunub. Goranboy rayonunda isə açıq və qapalı yerlər olaraq 36 məkan seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31