Rusiyanın Cənubi Qafqazdan geri çəkilmək niyyəti yoxdur- ÖZƏL
17 Yanvar 2024 13:37 Siyasət"Rusiyanın Ermənistana silahlar göndərməsi, regionda sülhün əldə edilməsinə qarşı olduğunun göstəricisidir. Rusiyanın Ukraynada silahlara ehtiyacı olduğu bir vaxtda Ermənistana silah göndərməsi heç də əvvəllər əldə edilmiş razılaşmaların yerinə yetirilməsi deyil". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Moskva bununla Qərblə Ermənistan arasında münasibətləri zəiflətmək və Azərbaycanla sülhə mane olmağı planlaşdırır:
"Göründüyü kimi, Rusiyanın Cənubi Qafqazdan geri çəkiləcək kimi niyyəti yoxdur. Hətta Ermənistanı tam nəzarətindən çıxarmamağa çalışır. Ermənistana silahların verilməsi N. Paşinyanın apardığı siyasətə mənfi təsir edəcək. Qərbin N. Paşinyana etimadı zəifəyə bilər. Rusiya da Fransa kimi regionda hərbi vəziyyətin davam etməsində maraqlıdır".