Fazil Mustafa Seçki Müşahidə və Təhlil Qrupu" koalisiya üzvləri ilə görüşüb
17 Yanvar 2024 13:27 SiyasətBöyük Quruluş Partiyasının qərargahında Prezidentliyə namizəd Fazil Mustafa ilə "Seçki Müşahidə və Təhlil Qrupu" koalisiya təsisçiləri ilə görüşüb. "Olaylar" xəbər verir ki, görüşdə əsasən 7 fevralda keçiriləcək Prezident seçkilərində namizədin seçkiqabağı təşviqat kampaniyasının gedişi müzakirə olunub. F.Mustafa qonaqlara ölkədə baş verən ictimai-siyasi proseslər, seçki kampaniyasının gedişi və digər məsələlərlə bağlı məlumat verib. Namizəd onları seçki platforması ilə tanış edib, fikir mübadilələri aparılıb. Prezidentliyə namizəd sonda koalisiya təsisçilərinin suallarını cavablandırıb, onlarla səmimi söhbətlər aparıb.
Xatırladaq ki, koalisiya Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəz (sədri Rafiq İsmayılov), Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (sədr Mirvari Qəhrəmanlı) və "Multimedia" İnformasiya Sistemləri və Texnalogiyaları Mərkəzi (sədr Osman Gündüz) tərəfindən yaradılıb.