Cəmiyyət yeni inkişaf dövründə fəal olmalıdır- ÖZƏL

"Həm daxili, həmdə xarici auditoriya üçün Azərbaycanın reallıqlarının sadə və anlaşılan şəkildə ölkənin rəhbəri tərəfindən tam dolğun çatdırılması yalnız Prezident İlham Əliyevin fərqli lider portretini səciyyələndirən xüsusiyyətlərindən biridir". "Olaylar" xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev seyib: "Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək" deyən Prezident İlham Əliyev daxili və xarici siyasətlə bağlı çoxsaylı çağırışlar qarşısında dövlətimizin hansı inkişaf yolu ilə yüksəlişə doğru irəliləcəyinə istiqamət vermiş oldu.
Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa olunana qədərki dövrdə əsas milli hədəfimiz torpaqlarımızın işğaldan azad edilməsi idi. Xalqı dövlətin əsas sosial dayağı kimi görən Prezident İlham Əliyev dövlət siyasətinin sosial sifarişlər əsasında formalaşdığını nümayiş etdirərək cəmiyyəti ölkəmizin yeni inkişaf dövründə yeni hədəflərinin müəyyənləşməsində fəal şəkildə iştirak etməyə çağırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31