Fransanın xarici siyasətində ikili standartlar artıq dövlətçilik ənənəsi halına gəlib - Tural İsmayılov - ÖZƏL

"Fransa daim neokolonialist və ikiüzlü bir ölkə olub."

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Fransanın bütün tarixi bu dırnaqarası dəyərlərin üzərində köklənib və Fransa tarixini araşdıran tətqiqatçılar yaxşı bilirlər ki, hələ 18-ci , 19-cu əsrlərdən 20-ci əsrlərin ortalarına qədər Fransa dünyadakı bu qlobal imperialist şəbəkələrin başında dayanan ölkələrdən biri olmuşdur və məhz Fransanın belə təhlükəli oyunları,təxribatları nəticəsində dünyada hansı pis ssenarilərin ayaq açıb yeridiyini görə bilirik."

Bu gün təəssüflər olsun ki, ədalətdən, insan hüquqlarından danışan ölkələr Fransanın bir çox neokolonialist dövlətlərində və eyni zamanda özünün coğrafi sərhədlərinə daxil olmayan bölgələrdə müstəmləkəçilik siyasəti aparmağına, Korsikada, Kaledoniyada və başqa bölgələrdə insanların hüquqlarının tapdalanmağına göz yumurlar. Əlbəttə bu bir mənada həm də Fransanın xarici siyasətində ikili standartların artıq Fransanın dövlətçilik ənənəsi halına gəldiyin göstərir. Fransada bir arxayınlıq var, o başa düşür ki, bu günə qədər cinayətlər törətdiyi koloniyalarda etdiyi haqsızlarlara görə qlobal mənada bir səs gəlməyib və ona görə də Fransa Qərbdəki öz imperialist dostları ilə birlikdə dünyaya bu ədalətsizliyi ixrac etməyə davam edir. Amma Fransanın xarici siyasətindəki bu ikili standartlar və neokolonialist ənənələrə bir çox dövlətlərin cəsarəti çatmasa da, Azərbaycan tam cəsarətlə irəli çıxaraq Bakı Təşəbbüs Qrupunu yaradıb. Məhz Azərbaycanın liderliyi altında bu gün Fransanın həyata keçirdiyi müstəmləkəçi siyasətə böyük bir müqavimət formalaşır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31