Fransanın Azərbaycanı ittiham etməsi gülüncdür- Natiq Miri - ÖZƏL

"Beynəlxalq hüququn prinsipləri, eyni zamanda beynəlxalq hüququn tətbiqi məsələsində artıq Qərb dünyasında standartlar çoxdan çöküb."

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Natiq Miri  bildirib:

"Beynəlxalq hüququn vazkeçilməz prinsipləri çox maraqlıdır ki, Qərb dövlətlərinin geosiyasi maraqlarına uyğunlaşdırılıb. Geosiyası maraqlarına uyğun olduğu təqdirdə bir siyasət, olmadığı təqdirdə tamamilə başqa bir standart ortaya qoyurlar. Ancaq beynəlxalq hüquq seçkili, sellektiv olaraq sellektiv yanaşmanı qəbul etmir. Hüquq birmənalıdır və tətbiqi də eynən birmənalı olmalıdır. Yoxsa ki, hansısa Avropa ölkəsinin, deyək ki, Fransanın maraqları konteksində olduğu Ermənistana yönəlik bir siyasət. Burada məsələ müsəlman Azərbaycanına gələndə bir fərqli siyasət ortalığa qoymaq əlbəttə ki, ikili standartın bariz nümunəsidir. Bu riyakarlıqdır. Bu eyni zamanda Fransanın, o cümlədən Fransanın bu gün aparıcı olduğu Avropa birliyinin, bütövlükdə Qərb dünyasının bütün mənəvi, psixoloji, hüquqi cəhətdən çöküşü deməkdir. Hər zaman insan hüquq və demokratiyası ilə öyünən Fransa bu gün ikili, üçlü, dördlü, beşli yanaşmaları ilə özünü qlobal səviyyədə ifşa etmiş durumdadır. Məhz bunun nəticəsidir ki, Fransanın müstəmləkəsi olmuş bütün ölkələr ard-arda Fransa dövlətinə qarşı üsyana qalxıblar. Biz bunu Afrikada 3 dövlətdə gördük. Düşünürəm ki, bu prosses davamlı olacaq. Ən azından bilirsiniz ki, dünən Kaledoniyada müstəqillik tərəfdarları Fransaya qarşı etiraz aksiyasına qalxıblar və on minlərlə insan bu etiraz aksiyasında öz bayraqları ilə paralel bir də Azərbaycan dövlətinin bayrağını qaldırıblar. Bu faktın özü də göstərir ki, Fransanın beynəlxalq hüquqa zidd olaraq Azərbaycana qarşı attığı addımlar adekvat, ciddi reaksiyalar doğurur və Azərbaycanın ard-arda müstəmləkəçiyilə qarşı mübarizə fonunda keçirdiyi tədbirlər artıq öz meyvələrini verir. Fransaya qarşı beynəlxalq səviyyədə çox ciddi bir beynəlxalq ictimai rəy formalaşdırır ki, bu da Fransanın müstəmləkəçilik siyasətinə çox böyük zərbələr vurur. Bilirsiniz, "Hər bir şey öz son inkişaf həddinə çatanda, öz əksinə çevrilir"- deyə bir prinsip var. Bu gün Fransa başda olmaqla  bütövlükdə Qərb dünyası məhz bu acınacaqlı durumla üz-üzədir. Qərb dünyasının, o cümlədən Fransanın bəh-bəhlə yaratdığı demokratiya və insan hüquqları ilə məşğul olan bütün institutlar demək olar ki, tamamilə ziddinə olan bir fəaliyyətlə məşğuldurlar. Vəkillik institutu İnsan hüquqlarının müdafiəsi ilə məşğul olmalıykən, bu gün vəkillik institutu cinayətkarları milyonlarla dollar vasitəsiylə rahatlıqla məhkəmədən azadlığa qovuşdura bilirlər. Bu məgər Qərb dünyasında hüququn çöküşü deyil? Eyni zamanda digər dövlətlərə müstəmləkəçi olaraq yanaşma bu gün bütün qlobal səviyyədə böyük etirazlar doğurur. Bunun fonunda bir də bu dövlətlər, başda da Fransa olmaqla Azərbaycana İnsan hüquqları ilə, etnik təmizləmə ilə, güya hansısa İnsan hüquqlarının total tapdanması ilə, işğalçılıq siyasəti ilə Azərbaycanı ittiham edirlər. Özü bütün dünyaya müstəmləkəçi olmaqla bağlı ən böyük örnək modelini ortaya qoymuşkən, 30 il işğalda olan torpaqlarını azad edən Azərbaycanı bir də bu cür müstəmləkəçi ölkənin bu yöndə ittiham etməsi gülünc olduğu qədər qeyri-ciddi və absurddur. Əslində Fransa bu siyasəti ilə bütün dünyanı özünə güldürür. Bu Fransa dövlətinin özünü ifşa etməsi üçün ən böyük fəaliyyət növüdür ki, Azərbaycana qarşı bu növ fəaliyyəti ortaya qoyublar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31