Fransa beynəlxalq səviyyədə ikiüzlü siyasət yürüdür - Xəyal Bəşirov - ÖZƏL
24 Noyabr 2023 19:35 Siyasət"Fransa ilə bağlı ikiüzlü siyasətə bütün dünya səviyyəsində, qlobal siyasətdə həmişə şahid olmuşuq. Xüsusilə də, Azərbaycana münasibətdə."
Bu fikirləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Olaylar.az-a açıqlamasında bildirib:
"Əslində, Azərbaycana münasibətdə Fransa keçmiş ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi Azərbaycanla Ermənistan arasında mövcüd olan keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçilik mandatını öz üzərinə götürmüşdü. Mandatı keçmiş münaqişənin həlli üzrə vasitəçiliyi olan bir dövlət həmişə ikiüzlü siyasət göstərmiş, neytral mövqe tutmaq əvəzinə ermənipərəst mövqe nümayiş etdirmiş, bunu hər addımında göstərməyə cəhd etmişdir. Ümumiyyətlə, Fransa təkcə bu mövzuda deyil, qeyd etdiyimiz kimi beynəlxalq səviyyədə ikiüzlü siyasətini həmişə büruzə verib. Baxın, özünü insan hüquq və azadlıqlarının, demokratiyanın vətəni hesab edən Fransa əslində özündə olmayan şeylərdən həmişə danışıb. Dünyada insan hüquq və azadlıqlarından, demokratiyadan, sülhdən dəm vuran Fransa tarix boyu ayrı-ayrı xalqlara münasibətdə müstəmləkəçilik siyasətini yürütmüşdür. Ayrı-ayrı xalq və dövlətləri sömürmüş, onları həmişə özünün müstəmləkəçi boyunduruğu altında saxlamağa çalışmışdır. Digər tərəfdən isə ayrı-ayrı platformalarda dövlətlərə və xalqlara, insan hüquq və azadlıqlarından, demokratiyadan, sülhdən, ədalətdən dərs keçməyə cəhd göstərmişdir. Az öncə qeyd etdiyim kimi, keçmiş Qarabağ münaqişəsi ilə bağlı Fransanın mövqeyinə nəzər yetirək. Fransa əslində Korsikadaki insanların təməl hüquqlarını pozmaqla, Qəmər adalarındakı insanlara qarşı ədalətsiz yanaşma tərzini ortaya qoymaqla, Yeni Kaledoniyadaki insanların referendum hüquqlarını pozmaqla siyasət yürüdür. Onları bu gün də özünün boyunduruğu altında saxlamağa çalışır. Frankofoniya təşkilatı adı altında bir təşkilat formalaşdıraraq əslində o insanları, o təşkilata üzv olan dövlətləri öz təsiri altında saxlamağa cəhd göstərir. Digər tərəfdən Qarabağda 10, 15, 20, 30 min erməni ilə bağlı Azərbaycana təyziqlər etməyə çalışır. Həmin o şəxslərin, o erməni əsilli insanların hüquqlarının müdafiəçisi kimi, onların vəkili kimi çıxış etməyə çalışır. Təbii ki, bu ikiüzlü siyasətin bariz nümunəsidir. Reallıqda biz nəyin şahidi oluruq? Reallıqda biz Fransanın islamafobiyadan, türkəfobiyadan, Azərbaycanafobiyadan əziyyət çəkdiyinin şahidi oluruq. Dini, irqi ayrıseçkilik, millətlərə qarşı fərdi diskriminasyon yanaşma və bir sıra digər məqəmlar Fransanın siyasətində həmişə özünü büruzə verib. Digər bir nümunə olaraq bunu gətirim ki, keçmiş münaqişədən sonra Azərbaycanın həyata keçirdiyi addımlar ən son 19-20 sentyabr tarixlərindəki lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağdan könüllü şəkildə çıxan, Ermənistana gedən insanlarla bağlı Ədalət Məhkəməsinə müraciət edilməsində Ermənistana bütün dəstəyini göstərən Fransa Ədalət Məhkəməsində heç bir araşdırma aparmadan tələm-tələsik qəbul etdiyi qərara şərh verməyə elə o şəkildə də münasibət bildirib. Əslində Ədalət Məhkəməsinin qəbul etdiyi o qərara Fransa öz mülahizələrinə, təfəkkürünə görə, öz şərhlərinə görə münasibət bildirməyə çalışmışdır. Bu da bir daha ondan xəbər verir ki, Fransa güya beynəlxalq hüquqa, BMT-ə, onun ədalət məhkəməsinə hörmətlə yanaşır. Bu həmin Fransadır ki 1996-cı ilə qədər Əlcəzairin cənubundaki Sahara adasında, Sakit Okean cənubundakı Polineziya dövlətinin ətrafında nüvə sınaqlarını həyata keçirməsinə görə ittiham olunurdu. Beynəlxalq Ədalət məhkəməsi 1996-cı ildə həmin o sınaqların keçirilməsini, ümumiyyətlə nüvə silahının istifadəsini qadağan edən qərar qəbul edir, amma Fransa bu gün də həmin o qərara hörmətsiz yanaşır, onu icra etmək istəmir, tələblərinə uyğun addım atmır. Bir tərəfdən Azərbaycana münasibətdə Ədalət Məhkəməsinin qərarını şərh etməyə cəhd göstərən, bununla bağlı onun icrasının vacibliyindən dəm vuran Fransa özü 20 ildən artıqdır ki, Ədalət Məhkəməsinin qərarına hörmətsiz yanaşır. Bu elə özü ikiüzlü siyasətdir, ikili standartlarla çıxış etməkdir. Bir dövlətin özündə olmayan məqamlarla bağlı digər dövlətə dərs keçməyə cəhd göstərməsi ilə bağlı addımlardır ki, Fransa həmişə bunu büruzə verib, bu gün də bu addımlarını davam etdirməkdədir."