Macarıstan və Azərbaycan qardaş ölkələrdir - Viktor Orban
24 Noyabr 2023 16:50 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Macarıstan və Azərbaycan qardaş ölkələrdir.
Olaylar.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında deyib.
"Macarıstanla Azərbaycan arasında çox yaxşı münasibətlər var. Biz Mərkəzi Asiya ölkələri və Azərbaycanla qardaş ölkələrik", - Orban deyib.
O həmçinin, Macarıstanda Azərbaycana investisiya qoyan çox sayda şirkətin olduğunu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31